Rusiyada yenidən rekord yoluxma sayı qeydə alınıb. Belə ki, gün ərzində 12 126 nəfərə COVID-19 diaqnozu qoyulub.
Yenisabah.az xəbər verir ki, bu günədək ölkədə 1 272 238 nəfərdə koronavirus aşkarlanıb. Hazırda paytaxt Moskva ən çox virus daşıyıcısının olduğu şəhərdir.
Ölənlərin sayı isə 201 nəfər artaraq 22 257-yə çatıb. pizza
Bildirək ki, ümumilikdə 1 009 421 xəstə sağalıb, 240 560 insan isə hələ də pandemiya ilə mübarizə aparır, onlardan 2 300-nün vəziyyəti ağırdır.
Qeyd edək ki, Rusiyada 49 656 873 koronavirus testi tətbiq olunub.
Telegram kanalımız