Rusiyada sensasion həbs –   Kosmik agentlikdən NATO-nun casusu çıxdı

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada sensasion həbs – Kosmik agentlikdən NATO-nun casusu çıxdı

Dünya

07 İyul 2020 14:32 1507


Rusiya Federal Kosmik Agentliyinin (“Roskosmos”) baş direktorunun məsləhətçisi İvan Safronov həbs edilib.

Yenisabah.az Rusiya KİV-inə istinadə xəbər verir ki, Safronovun həbsi barədə Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb. FTX onun həbs olunma görüntülərini də tirajlayıb. 

Safronov vətənə xəyanətdə ittiham edilir. Bildirilir ki, o, NATO-nun xüsusi xidmət orqanının tapşırığı əsasında dövlət sirri hesab edilən informasiyaları qarşı tərəfə ötürüb.  Marqarita pizza

Onun barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275- ci (Vətənə xəyanət) maddəsilə cinayət işi başlanıb. Bu ittihamla Safronovu 12 ildən 20 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. 

“Roskosmos”dan isə bildirilib ki, Safronovun əməlləri və həbsi ilə hazırkı işi arasında hər hansı əlaqə yoxdur. Çünki o cəmi 4 həftə idi ki, bu işə başlamışdı. 

Məlumata görə, FTX 1 il əvvəldən Safronovla maraqlanmağa başlayıb. 

İvan Safronov həmçinin Rusiyanın “Kommersant” və “Vedomostey” kimi nüfuzlu nəşrlərində jurnalist fəaliyyəti ilə məşğul olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!