Rusiyada son sutka ərzində daha 21 887 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Yenisabah.az xəbər verir ki, bununla da Rusiyada COVID-19-a yoluxanların ümumi sayı 3 655 839 nəfərə çatıb.
Son sutka ərzində 612 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 67 832 nəfərə çatıb. pizza hut
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü yerdə gəlir.
Telegram kanalımız