Rusiyada “Su-34” qırıcısı qəzaya uğrayıb

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada “Su-34” qırıcısı qəzaya uğrayıb

Hadisə

21 Oktyabr 2020 16:12 976


Rusiyanın Xabarovsk diyarında “Su-34” ön xətt qırıcısı qəzaya uğrayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Şərq Hərbi Dairəsinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, təyyarə planlı təlim uçuşu zamanı qəzaya düşüb. Marqarita pizza

“Pilotlar katapult ediblər. Onların sağlamlığı üçün heç bir təhlükə yoxdur. Hazırda ekipaj üzvləri baza aerodromuna təxliyə edilib”, - Mətbuat xidmətindən vurğulayıblar.

Əlavə olunub ki, uçuş sursat olmadan həyata keçirildiyindən meşəlik-düzənlik olan qəza yerində ciddi dağıntı yoxdur. Hadisənin başvermə səbəblərini və şəraitini müəyyənləşdirmək üçün qəza yerinə Şərq Hərbi Dairəsindən komissiya göndərilib. “Report”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!