Rusiyada su quyusunu təmizləyərkən bir ailənin 4 üzvü öldü

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada su quyusunu təmizləyərkən bir ailənin 4 üzvü öldü

Hadisə

24 İyun 2021 00:39 1079


Rusiyanın Volqoqrad bölgəsində fərdi evlərdən birində su quyusunu təmizləyərkən ailənin 4 üzvü dünyasını dəyişib.

Yenisabah.az xəbər verir ki, bu barədə İstintaq Komitəsinin Regional İdarəsi məlumat yayıb.

Hadisə “Kolxoznaya Axtuba” qəsəbəsində baş verib. 74 yaşlı təqaüdçü evinin həyətindəki su quyusunu təmizləyərkən özünü pis hiss edib, həyat yoldaşı onu havalandırma sisteminin yerləşdiyi otaqda huşsuz vəziyyətdə görüb. Qadın ərinə yaxınlaşanda huşunu itirərək ölüb. Ardınca onların qızı və 27 yaşlı nəvəsi də otağa girərkən ölüblər. Pepperoni pizza

İlkin məlumata görə, onların 4-ü də kimyəvi buxar qazından zəhərləniblər.

Mərhumların cəsədləri məhkəmə tibbi ekspertizaya göndərilib.

Faktla bağlı araşdırma başladılıb./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!