Rusiyada təhlükəli anlar yaşanır -   Sistemlər DONDURULDU

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada təhlükəli anlar yaşanır - Sistemlər DONDURULDU

Dünya

29 İyul 2025 12:31 528


Rusiyada son günlərdə baş verən genişmiqyaslı kiber hücum ölkə daxilində ciddi narahatlıq yaradıb. Yerli mətbuatda yayılan məlumatlara görə, hökumət qurumları, hava limanları, məhkəmə və bank sistemləri də daxil olmaqla bir sıra önəmli dövlət və özəl sektor qurumları hücumun hədəfi olub.

Yenisabah.az xəbər verir ki, hücum nəticəsində bəzi hava limanlarında elektron lövhələrdə qeyri-adi görüntülər nümayiş etdirilib, bəzi bank və məhkəmə sistemlərində isə texniki nasazlıqlar yaranıb. Məlumatların sızdırılması və ya sistemlərin çökdürülməsi ilə bağlı rəsmi qurumlar tərəfindən araşdırma başladılıb.

Rusiya KİV-ləri hücumun arxasında qərb ölkələrinə bağlı qrupların dayandığını iddia edir. Eyni zamanda, bu cür hücumların artmasının ölkənin kiber təhlükəsizliyi sahəsində daha sərt tədbirlərin görülməsini zəruri etdiyi vurğulanır. Toyuqlu pizza

Qeyd edək ki, son illər dünyada rəqəmsal hücumlar daha da artıb və bir çox ölkələr üçün milli təhlükəsizlik məsələsinə çevrilib. Rusiyada baş verən bu son hadisə də kibermüharibənin ciddiliyini bir daha gündəmə gətirib.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!