Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Uşaqların məktəbdə oxuması üçün tələblər sərtləşdirilir

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Uşaqların məktəbdə oxuması üçün tələblər sərtləşdirilir

Dünya

12 Noyabr 2024 21:37 920


Rusiyada miqrant uşaqlarının rus dilini bilmələri təsdiqlənmədən məktəblərə qəbulu qadağan edilə bilər. Müvafiq qanun layihəsi parlamentin Aşağı Palatasının müzakirəsinə təqdim ediləcək.

Oxu.Az-ın TASS-a istinadla məlumatına görə, bu barədə Dövlət Dumasının sədri Vyaçeslav Volodin xəbər verib.

Onun sözlərinə görə, məsələ, həmçinin, Dövlət Dumasının 20 noyabrda plenar iclasda müzakirə etməyi planlaşdırdığı qərar layihəsində əks olunacaq. pizza sifarişi

"Miqrantların uşaqlarının məktəblərə qəbulu zamanı onların Rusiya ərazisində qalmasının qanuniliyinin yoxlanılmasını, rus dili üzrə məcburi testlərdən keçməsini, həmçinin rus dilini bilməsinin təsdiqi olmadan ümumtəhsil müəssisələrinə qəbulunun qadağan edilməsini təklif edirik. Bu baxımdan, müvafiq mövzu üzrə qanun layihəsi təqdim ediləcək", - deyə Volodin qeyd edib.

Dövlət Dumasının sədri əmək miqrasiyası, həmçinin miqrantlarla gələn ailələr üzrə təkliflərin hazırlanacağını vurğulayıb.

"Bunlar qərar çərçivəsində hökumətə göndəriləcək. Aidiyyəti hakimiyyət orqanlarının səlahiyyətləri çərçivəsində kompleks həllər işləyib-hazırlamağı təklif edəcəyik", - deyə Dövlət Dumasının spikeri əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!