Rusiyada yaşayan soydaşlarımıza 8 məsləhət: Pullarınızı...

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada yaşayan soydaşlarımıza 8 məsləhət: Pullarınızı...

İqtisadiyyat

08 Mart 2022 12:51 10703


Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri, iqtisadçı alim Qubad İbadoğlu Rusiyada yaşayan azərbaycanlılar üçün pulun indiki məqamda idarə olunması ilə bağlı 8 tövsiyə hazırlayıb. 

“Yeni Sabah” mövzunun aktuallığını nəzərə alaraq həmin tövsiyələri təqdim edir:

1. Pulunuzu rublda yalnız cari xərcləriniz qədər saxlayın.  Pepperoni pizza

2. Sərbəst vəsaitləriniz varsa, onları ya xarici valyutaya (fərq etmir, dollar, avro, funt sterlinq, frank, kron, yuan, hətta təngə də ola bilər), ya qızıla çevirin, ya da idxal mallarına (yeni avtomobil, elektronika, məişət avadanlıqları), ya da ən pis variantda 5-10 illik müddətdə gözləyəcəksinizsə rusiyanın tanınmış şirkətlərinin hazırda ucuzlaşan səhmlərinə yerləşdirin. Ən yaxşısı budur ki, rublla olan sərbəst vəsaitinizin bir hissəsini müxtəlif xarici dönərli valyutaya, digər hissəsini qızıla yerləşdirin. Necə deyərlər bütün yumurtaları bir səbətə yığmayın. Pullarınızı müxtəlif valyutalara və bazarlara yerləşdirin ki, riskləriniz az olsun.

3. Evinizdə ehtiyat yaradın, uzunmüddət saxlanıla bilən, tez xarab olmayan ərzaq və məişət məhsullarını topdan satış qiyməti ilə alın.

4. Sabit xərclərinizi, məsələn, kirayə haqları, kommunal xərcləri, internet, telefon və sair məsrəfləri əvvəlcədən bir neçə aylıq və ya 1 illik ödəyin. 

5. Sanksiya altına düşən banklarda (VTB, Promsvyazbank, Sovkombank, "Otkritie" və Novimbank, Sberbank, Qazprombank, Rossiya, İS Bank, General Bank, və Qara Dəniz Bankı), xüsusilə də cari və hesablaşma hesablarında rublla çox pul saxlamayın, depozitlərinizi geri götürün və 2-ci bənddə qeyd etdiyim müxtəlif istiqamətlərə yönəldin. 

6. İş adamları xüsusilə də inşaat və sənaye sektorunda böyük öhdəliklər yaradan yeni layihələri dəyəri əvvəlcədən ödənilmək və büdcəsi öncədən təsdiq olunmaq şərtilə götürməyin, çünki bir müddətdən sonra mal və xidmətlərin bahalaşması ayrılan büdcə hesabına götürdüyünüz işi başa çatdırmağa imkan verməyəcək. 

7.Ticarətçilər saxlana bilən mallarınızı tez satmağa çalışmayın, sonra görəcəksiniz ki, topdan aldığınız mal sizin pərakəndə satış qiymətinizdən bahadır. 

8. Əmlak bazarına sərmayə qoymağa tələsməyin, bu bazarda digər bazarlardan fərqli olaraq qiymətlər xeyli ucuzlaşacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!