Rusiyada “yatan nəhəng” oyandı: Zəlzələdən sonra vulkan püskürdü

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada “yatan nəhəng” oyandı: Zəlzələdən sonra vulkan püskürdü

Dünya

30 İyul 2025 21:14 539


Rusiyada 8,8 bal gücündə baş verən zəlzələdən sonra bölgədəki vulkanlardan biri aktivləşib.

Yenisabah.az xəbər verir ki, ölkənin şərqində yerləşən Kamçatka yarımadasında "yatan nəhəng" adlandırılan Şiveluç vulkanı hərəkətə keçib.

Məlumata görə, güclü yeraltı təkanlardan sonra vulkan lava püskürməyə başlayıb. Təbii fəlakət səbəbindən ətraf ərazilərə qalxan tüstü və kül buludları 3,5 kilometr yüksəkliyə çatıb. Dördpendirli pizza

Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətindən verilən açıqlamada, Şiveluçun son illərin ən güclü püskürmələrindən birini yaşadığı bildirilib. Vulkanın ətrafındakı yaşayış məntəqələrində insanlar təxliyə olunub, təhlükəsizlik tədbirləri gücləndirilib.

Xatırladaq ki, Kamçatka bölgəsi aktiv seysmik zonalardan biri hesab olunur və burada yüzlərlə sönmüş və fəal vulkan yerləşir.

Aydan Hacı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!