“Rusiyada yoxsulluğun səviyyəsini minimuma endirmək lazımdır” - Putin

saytların hazırlanması

Evə çatdırılma

“Rusiyada yoxsulluğun səviyyəsini minimuma endirmək lazımdır” - Putin

Dünya

25 Sentyabr 2021 19:34 1127


Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına keçən partiyaların rəhbərliyi ilə onlayn formatda təşkil olunan görüşdə ölkədə yoxsulluğun səviyyəsini minimuma endirmək lazım olduğunu bildirib.

Yenisabah.az xəbər verir ki, Prezident, həmçinin səhiyyə və təhsil səviyyəsini yaxşılaşdırmağa çağırıb.

"Ölkədəki yoxsulluğun səviyyəsini minimuma endirmək, xeyli sayda insanı oradan çıxarmaq lazımdır. Gəlirləri az olan ailələrdə uşaqların həyat şəraitini, inkişafını, təhsilini və sadəcə qidalanmasını yaxşılaşdırmaq, hər kəs üçün yüksək keyfiyyətli müasir təhsilin, səhiyyənin səviyyəsini və əlçatanlığını artırmaq, iqtisadiyyatın strukturunda yüksək texnologiyalı sənayelərin xeyirinə dəyişiklikləri davam etdirmək lazımdır", - deyə Putin bildirib. Dominos pizza

Rusiya Prezidenti əlavə edib ki, bu, son dərəcə çətin, lakin tam olaraq prioritet bir məsələdir./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!