Rusiyada yüksəkvəzifəli məmur istefa verdi

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada yüksəkvəzifəli məmur istefa verdi

Dünya

17 Sentyabr 2025 21:53 342


Dmitri Kozak həftəsonu öz istəyi ilə prezident administrasiyası rəhbərinin müavini vəzifəsindən getməsi ilə bağlı istefa ərizəsi yazıb.

Yenisabah.az xəbər verir ki, bu barədə RBK-ya məmurun qərarı ilə tanış olan iki mənbə bildirib.

Mənbələrdən biri onun çərşənbə günü kollektivlə görüşünün planlaşdırıldığını vurğulayıb. Hər iki mənbə deyir ki, Kozak biznesə keçmək üçün müxtəlif təklifləri nəzərdən keçirir. Dördpendirli pizza

Qeyd edək ki, Kozak Prezident Vladimir Putinin çoxdankı silahdaşıdır.

Kozak postsovet ölkələri, o cümlədən Ukrayna ilə bağlı siyasətə cavabdeh olmaqla, xarici ölkələrlə sərhədyanı əməkdaşlıq və regionlararası və mədəni əlaqələr idarəsinin işini kurasiya edirdi./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!