Rusiyadakı azərbaycanlıların pensiyası kəsilir?

saytların hazırlanması

Evə çatdırılma

Rusiyadakı azərbaycanlıların pensiyası kəsilir?

Sosial

28 Sentyabr 2025 15:53 2749


Dövlət Dumasının deputatı və LDPR lideri Leonid Slutski federal büdcənin yükünü azaltmaq üçün miqrantlar üçün sosial pensiyaların ləğvini təklif edib. 

“Cebheinfo.az” bu barədə “Gazeta.Ru”-ya istinadən yazır.

"Rusiya hazırda kritik an yaşayır. Hərbi, sosial, demoqrafik və digər problemlər - bütün bunlar böyük resurs tələb edir. Hər qəpiyə dəyər",- millət vəkili bildirib. pizza hut

Slutski dövlətin  “çox vaxt Rusiyaya və rus xalqına xor baxan” miqrantlara pensiya ödəməsini dayandırmasını istəyib. 

Bundan əvvəl Slutski Rusiyanın xarici işlər naziri Sergey Lavrovun BMT Baş Assambleyasındakı çıxışını şərh edib. Deputatın sözlərinə görə, nazir rusofobları və Qərb hegemonluğunun tərəfdarlarını “utandırıb”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!