“Rusiyadakı ermənilər hüquq-mühafizə orqanlarının müşahidəsi altındadır” - Oleq Kuznetsov

saytların hazırlanması

Evə çatdırılma

“Rusiyadakı ermənilər hüquq-mühafizə orqanlarının müşahidəsi altındadır” - Oleq Kuznetsov

Siyasət

15 Oktyabr 2020 11:48 1092


"Rusiyadakı erməni diasporunun bütün ictimai strukturları hüquq-mühafizə və xüsusi xidmət orqanlarının müşahidəsi altındadır".

Yenisabah.az xəbər verir ki, bunu rusiyalı analitik Oleq Kuznetsov, erməni diasporunun Dağlıq Qarabağa yollamaq üçün döyüşcü cəlb etməsi barədə məlumatı şərh edərkən deyib.

O bildirib ki, bu cür müşahidə Rusiya ermənilərinin kütləvi şəkildə döyüşlərə yollanması ehtimalını aradan qaldırır: Marqarita pizza

“Əlbəttə, bu cür tədbirlər fərdi şəkildə, ya da kiçik qruplarla döyüşə yollanmaq istəyənlərin qarşısını almaq üçün kifayət deyil. Amma lazımi orqanlar kütləvi şəkildə döyüşə getmək istəyənlərin qarşısını almağa qadirdir. Əvvəlki fəaliyyət təcrübəmdən bu cür hallarda təhlükəsizlik orqanlarının addımları mənə yaxşı məlumdur və mən Qarabağda Rusiya ermənilərindən ibarət minlərlə könüllünün peyda olacağını ehtimal etmirəm”.

Ekspert əlavə edib ki, Rusiyanın Cinayət Məcəlləsində hərbi əməliyyatlarda iştirak etmək məqsədilə muzdluların cəlb olunması, maliyyələşdirilməsinə görə 8 ilədək həbs cəzası nəzərdə tutulub. (Trend)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!