Rusiyadakı miqrantları ağır günlər gözləyir

saytların hazırlanması

Evə çatdırılma

Rusiyadakı miqrantları ağır günlər gözləyir

Dünya

29 Noyabr 2025 13:04 617


Dekabr ayında Rusiyada bir sıra yeni qanun və tənzimləmələr tətbiq olunacaq.

“Yeni Sabah” TASS-a istinadən xəbər verir ki, bunu Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib.

Onun sözlərinə görə, dəyişikliklər həm miqrasiya siyasətini, həm də sosial və təhlükəsizlik sahələrini əhatə edəcək. V.Volodinin açıqlamasına əsasən, Rusiyanın dövlət sərhədinin bütün buraxılış məntəqələrində miqrantlardan biometrik məlumatların toplanmasına başlanacaq. Dördpendirli pizza

Dövlət Dumasının rəhbəri, həmçinin Rusiya Federasiyasına qarşı cinayətlərə görə məsuliyyətin sərtləşdirildiyini yeni müddəaları dekabr ayından tətbiq olunacağını bəyan edib.

Onun sözlərinə görə, SVO (Xüsusi Hərbi Əməliyyat) veteranları ilə işləyən QHT-lərə dövlət dəstəyi veriləcək və onlar fəaliyyətlərini genişləndirmək üçün əlavə maliyyə və institusional yardım alacaqlar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!