Rusiyadan ABŞ-yə xəbərdarlıq: Müdaxilə etməyin

saytların hazırlanması

Evə çatdırılma

Rusiyadan ABŞ-yə xəbərdarlıq: Müdaxilə etməyin

Dünya

18 İyun 2025 15:10 329


Moskva Vaşinqtonu İsrailə birbaşa hərbi yardım göstərməkdən, hətta bu məsələ ilə bağlı möhtəkir açıqlamalardan çəkinmək barədə xərdərdarlıq edir.

Yenisabah.az interfax-a istinadla xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

ABŞ-nin Yaxın Şərq münaqişəsinə mümkün müdaxiləsi ilə bağlı sualı cavablandırıb: “Birləşmiş Ştatlar daima bütün proseslərin önündə gedir və deyir ki, əvvəllər müdaxilə etməyib, indi isə əksinə, müdaxilə etdiklərini deyirlər, məncə, onlar yanılırlar”. Toyuqlu pizza

"Başqa məsələ onların İsrailə birbaşa hərbi yardım göstərilməsi ilə bağlı vəziyyətə necə baxmasıdır. Biz Vaşinqtonu belə möhtəkir, nəzəri variantlarla bağlı xəbərdar edirik. Bu, bütün vəziyyəti kökündən destabilləşdirəcək addım olardı", - Ryabkov vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!