Rusiyadan Azərbaycana gətirilən süd məhsulu məhv edildi

saytların hazırlanması

Evə çatdırılma

Rusiyadan Azərbaycana gətirilən süd məhsulu məhv edildi

Sosial

02 İyun 2025 17:07 302


Rusiyadan idxal olunan süd məhsulunda uyğunsuzluq aşkarlanıb.

Yenisabah.az AQTA-ya istinadla xəbər verir ki, nəzarət tədbirləri çərçivəsində "Besting" MMC-nin Rusiyadan idxal etdiyi “Orsk Süd Məhsulları” şirkətinin istehsalı olan 1593 kq qatılaşdırılmış süd məhsulundan götürülmüş nümunələrin müayinəsi nəticəsində tərkibində istifadəsinə icazə verilməyən qida əlavəsi (benzoy turşusu) aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilərək, məhsul partiyası məhv edilib. pizza sifarişi


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!