Rusiyadan Azərbaycana Qarabağla bağlı   TƏKLİF

saytların hazırlanması

Evə çatdırılma

Rusiyadan Azərbaycana Qarabağla bağlı TƏKLİF

Siyasət

27 Fevral 2025 20:11 36622


“Şimal-Cənub” layihəsi, Rusiya lideri Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə dediyi kimi, Avrasiya ölkələrini birləşdirməli olan körpüdür.

Yenisabah.az “Report”a istinadla xəbər verir ki, bunu Rusiya ilə Azərbaycan arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanmasının ildönümünə həsr olunan dəyirmi masada Müasir Dövlət İnkişafı İnstitutunun (Sankt-Peterburq) direktoru Dmitri Solonnikov deyib.

“Bu nəqliyyat dəhlizinin marşrutu Rusiyadan başlayır, Azərbaycandan keçir, oradan İran, Türkiyə, Hindistan və s. istiqamətlərə gedir. Bu layihə strateji vektordur və biz uzun illərdir layihənin başlanmasına hazırlaşırıq”, – o bildirib. Pepperoni pizza

Bu kontekstdə Solonnikov Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsinin vacibliyini də qeyd edib:

“Əməkdaşlığımızın ən mühüm elementi hərbi-texniki istiqamətdir. Azərbaycandan olan həmkarlarımızla görüşlərdə tez-tez işğaldan azad edilmiş ərazilərdə mina problemi eşidirik. Rusiyanın bu sahədə böyük təcrübəsi, lazımi texniki resursları və mütəxəssisləri var. Ona görə də biz həm dostlarımıza dəstək verə bilərik, həm də işğaldan azad edilmiş əraziləri birgə inkişaf etdirə bilərik”, – ekspert vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Behmen
    Tekce mina basdirmaq deyil, rusun Azerbaycana qayitmasi ucun behane lazimdir. En yaxsisi rusla mesafe saxlamaq lazimdir
    1 year ago
  • Sadiq Abbasov
    Narahat olmağa ehtiyac yoxdur,Müzəffər Prezidentimiz nəyi necə və nə vaxt etməyi bilir.!
    1 year ago
  • İntiqam
    Rədd olsunlar gəlməsinlər Qarabağa.
    1 year ago
  • İlham
    Rast -Astara və Zəngəzur dəhlizində dəmir və şosse yollarının salınmasına bağlasınlar. Rusların Hərbi təyinatlı hər-hansı bir fəaliyyətinə yol vermək olmaz.
    1 year ago
  • Fəxri
    Azərbaycan rus dövlətindən nə qədər uzaq dursa yaxşıdır.Keçmiş tariximizi unutmayaq.Rus dövlətin bizə dost olmayıb və olmamaqda.
    1 year ago
  • Real
    Öz basırdığı minaları özləri təmizləmək istəyir? Bir bəhanə ilə Azərbaycana girmək istəyirlər. Onlar çadır qurub orda durmaq istəyirlər. Mina bəhanədi. Getsinlər Ukraynadan leşlərin yığışdırsınlar..
    1 year ago
  • Real
    Öz basırdığı minaları özləri təmizləmək istəyir? Bir bəhanə ilə Azərbaycana girmək istəyirlər. Onlar çadır qurub orda durmaq istəyirlər. Mina bəhanədi. Getsinlər Ukraynadan leşlərin yığışdırsınlar..
    1 year ago
  • RAHİM
    RUS MİNALARI TƏMİZLƏMƏK ƏVƏZİNƏ GİZİN YOLLA MİNALAR BASDIRA BİLƏR. BUNU XOCALIDA BAŞ VERƏN PARTLAYIŞ GÖSTƏRİR.
    1 year ago