Rusiyadan Azərbaycana rəsmi təklif: Gərginliyin azaldılması üçün...

saytların hazırlanması

Evə çatdırılma

Rusiyadan Azərbaycana rəsmi təklif: Gərginliyin azaldılması üçün...

Siyasət

06 İyul 2025 15:14 37162


Rusiya İnsan Hüquqları Şurasının isahəsində beynəlxalq əməkdaşlıq daimi komissiyası Rusiya ilə münasibətlərdə gərginliyin azaldılması təklifi ilə Azərbaycan tərəfinə müraciət edib.

Yenisabah.az xəbər verir ki, bu barədə qurumun Teleqram kanalında məlumat yayılıb.

“Azərbaycan tərəfinə ikitərəfli münasibətlərdə gərginliyin azaldılması və Rusiya vətəndaşlarına qarşı insan hüquqlarının pozulmasının ədalətli araşdırılmasına şərait yaradılması təklifi ilə müraciət edirik”, - məlumatda qeyd olunub. pizza hut

Komissiya həmçinin Azərbaycanın bütün maraqlı nazirlik və idarələrinə rusiyalı jurnalistlərin həbsdən azad olunmasına köməklik təklifi ilə müraciət edib.

Qeyd edək ki, polisin apardığı əməliyyat nəticəsində "Sputnik Azərbaycan" İnformasiya Agentiliyinin direktoru İqor Kartavıx və əməkdaş Yevgeni Belousov saxlanılıb./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Haller
    ...bu da rusun teklifi...heyasizligin pik noqtesi ..
    10 months ago