Xəbər verildiyi kimi Moskva məhkəməsi azərbaycanlı jurnalist Fuad Abbasovun aprelin 15-də deport edilməsi haqqında qərar çıxarıb. Məlumata əsasən, aprelin 12-də məhkəmə Moskva vilayətinin Miqrasiya Xidmətinin müraciəti əsasında F.Abbasovu saxlanması və evində axtarış aparılması haqqında qərar çıxarıb. Fuad Abbasovun evində axtarış aparan zaman 15 milyon rubl müsadirə edilib, Fuad Abbasov isə Moskva Daxili İşlər İdarəsinin istintaq təcridxanasına aparılıb.
"Yeni Sabah"ın məlumatına görə, Fuad Abbasov bununla bağlı sosial şəbəkədə paylaşım edib. O bildirib ki , yayılan məlumatlar əsassızdır:
"Xahiş edirəm, heç bir şaiyə inanmayın , məni heç kim həbs etməyib, tamamilə azad şəkildə dolaşmağa davam edirəm. Evimə polis gəlməyib, axtarış olmayıb və pul tapılmayıb. Azad şəkildə öz fəaliyyətimi davam edirəm. Sadəcə bir şey demək istəyirəm ki, həm separatçılar, həm də Rusiya, Moskvada fəaliyyət göstərən Azərbaycan diasporası ermənilərin əlində alət olublar. Və onların iyrənc təxribatlarına yer verirlər. Hər şeyi açıqlayacam". pizza sifarişi
Telegram kanalımız