Rusiyadan gətirilən 1 tondan artıq dondurulmuş hind quşu əti yararsız çıxdı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Rusiyadan gətirilən 1 tondan artıq dondurulmuş hind quşu əti yararsız çıxdı - Fotolar

Maraqlı

23 İyun 2023 18:54 727


Rusiyadan Azərbaycana gətirilən dondurulmuş hind quşu əti istehlaka yararsız çıxıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

“Lime and Co” MMC Rusiyadan idxal etdiyi “PenzaMolinvest” MMC-nin istehsalı olan 1039,5 kq dondurulmuş hind quşu budu məhsulunda götürülən nümunələrin müayinələri nəticəsində salmonella aşkarlanıb. Pepperoni pizza

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbir görülüb. Həmçinin istehsalçının respublikamıza həmin məhsulu idxalına müvəqqəti qadağa qoyulub və ixracatçı ölkənin aidiyyəti qurumuna müvafiq bildiriş göndərilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!