Rusiyadan idxal edilən 60 tondan çox toxumluq kartof məhv edildi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Rusiyadan idxal edilən 60 tondan çox toxumluq kartof məhv edildi - Fotolar

İqtisadiyyat

15 Oktyabr 2021 19:04 1102


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.

Yenisabah.az xəbər verir ki, həyata keçirilən nəzarət tədbirləri zamanı “ZE-DENT” MMC tərəfindən Rusiya Federasiyasından ölkəmizə idxal edilən 66.9 ton toxumluq kartof məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib.

Baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinələrə cəlb olunub. Müayinələr nəticəsində nümunələrdə karantin tətbiq edilən orqanizm (“Clavibacter michiganensis subsp. sepedonicus” - kartof yumrularında halqavari çürümə) aşkar edilib. Pepperoni pizza

Agentlik tərəfindən istifadəyə yararsız toxumluq kartof məhsulu partiyasının məhv edilməsi barədə qərar qəbul edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq tədbirlər görüləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!