Rusiyadan qohumlarını axtarmağa gələn qadın Xalq artistinin qohumu, professorun qızı çıxdı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Rusiyadan qohumlarını axtarmağa gələn qadın Xalq artistinin qohumu, professorun qızı çıxdı - Foto

Şou

17 Yanvar 2020 16:59 4863


Xəzər TV-də yayımlanan Xoşqədəm Hidayətqızının aparıcısı olduğu "Səni axtarıram" verilişində maraqlı anlar yaşanıb.

"Yeni Sabah" xəbər verir ki, Rusiyadan atasının qohumlarını axtarmağa gələn Oksana adlı xanımın tanınmış bir ailənin övladı olduğu ortaya çıxıb. Xoşqədəm Hidayətqızı axtarışın yekununda bildirib ki, o ziyalı bir ailənin qızıdır. 

Məlum olub ki, Oksana Tarix elmləri doktoru, professor Vahid Ağazadənin qızıdır. Rusiyadan gələn xanıma atasının vəfat etməsi və onun hansı qəbirstanlıqda dəfn olunması ilə bağlı görüntülər təqdim olunub. Vahid Ağazadə 1987-ci ildə vəfat edib. Onun oğlu, yəni Oksananın ögey qardaşı Nazim Ağazadə də ziyalıdır. O, tibb elmləri doktorudur. Amma Nazim Ağazadə səhhəti ilə əlaqədar verilişə çıxa bilməyib.  Marqarita pizza

Oksananın görüşünə isə ailənin yaxın qohumu olan daha bir məşhur Xalq artisti Şamil Süleymanlı gəlib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!