Rusiyadan Tovuz hadisələri haqda son açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Rusiyadan Tovuz hadisələri haqda son açıqlama

Siyasət

23 İyul 2020 20:55 2145


Rusiya Azərbaycan-Ermənistan sərhədində eskalasiyanın qarşısını almaq üçün konkret addımlar atır.

“Yeni Sabah” Trend-ə istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova keçirdiyi brifinq zamanı söyləyib.

O bildirib ki, atəşkəs rejiminin pozulması halları azalıb, lakin gərginlik qalmaqdadır: "Gərginliyin daha da artacağının qarşısını almaq üçün ATƏT-in Minsk Qrupu həmsədrlərindən biri kimi, həm də müstəqil olaraq konkret addımlar atırıq. Ötən həftə bölgədəki vəziyyət Minsk Qrupunun iclasında, daha sonra bütün üzvlərin iştirakı ilə ATƏT Daimi Şurasında müzakirə edildi. Minsk Qrupu həmsədrləri tərəflərlə daim əlaqə saxlayır". pizza mizza

Zaxarova qeyd edib ki, BMT Katibliyi ilə məsləhətləşmələr planlaşdırılır: "Yerevan və Bakı atəşkəsin möhkəmləndirilməsi və danışıqlar prosesinin intensivləşdirilməsinə yönəlmiş müxtəlif təşəbbüslərlə çıxış edir. Biz bunları tərəflərlə müzakirə edirik. Ümid edirik ki, beynəlxalq səyahət məhdudiyyətləri qaldırıldıqdan sonra münaqişənin həlli ilə əlaqəli bütün mövzuları əsaslı şəkildə işləmək mümkün olacaq".

Xatırladaq ki, iyulun 12-də günorta saatlarından başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu ərazisindəki hissəsində atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələrinin bölmələri artilleriya qurğularından Azərbaycan mövqelərini atəşə tutublar.

Görülən müvafiq tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!