2022-ci ilin sonunda Qazaxıstan Rusiyadan keçən marşrutlardan yan keçməklə neft ixracını artırıb.
Yenisabah.az “Reuters”ə istinadla xəbər verir ki, son 12 ayda bu rəqəm 1,8 milyon ton xammala çatıb.
Bu rəqəm 2021-ci illə müqayisədə 638 min ton artıb. Dördpendirli pizza
Eyni zamanda, Gürcüstan, Azərbaycan, Çin və Özbəkistan Rusiyadan yan keçərək Qazaxıstan xammalının əsas idxalçıları olub. Neftin əsas hissəsi Çinə göndərilib.
“Rusiyadan yan keçən marşrutlar üzrə Çinə 1,26 milyon ton, Gürcüstanın Batumi limanı vasitəsilə 214 min ton, Bakıdakı neft emalı zavoduna 141 min ton, Bakı-Tbilisi-Ceyhan boru kəmərinə 109 min ton vəÖzbəkistana 80,000 ton neft göndərilib.
Telegram kanalımız