Rusiyalı biznesmen öz mənzilində azərbaycanlını qətlə yetirdi

saytların hazırlanması

Evə çatdırılma

Rusiyalı biznesmen öz mənzilində azərbaycanlını qətlə yetirdi

Kriminal

25 May 2020 07:42 939


Rusiyanın Sankt-Peterburq şəhərində 33 yaşlı azərbaycanlı qətlə yetirilib.

Konkretno.ru xəbər verir ki, hadisə şəhərin Vıborq rayonunda rus biznesmen tərəfindən törədilib. 

Belə ki, mayın 23-də tikinti-montaj işləri ilə məşğul olan kommersiya firmasının rəhbəri Asafyev küçəsindəki mənzilində bıçaqla öldürülmüş kişi meyiti olduğu haqqında məlumat verib. Hadisə yerinə gələn tibb işçiləri və polislər mənzildə döş qəfəsində kəsilmiş-deşilmiş yaralar, başında şiş olan kişi meyiti aşkarlayıblar. Marqarita pizza

Çox keçmir ki, biznesmen qətli törətdiyini etiraf edir. Firmanın rəhbəri deyib ki, qəfildən başlamış mübahisə zəminində azərbaycanlını qətlə yetirib.

Müstəntiqlər hadisə yerindən mərhum azərbaycanlının yeddi sınmış dişini və cinayətdə istifadə olunan bıçağı tapıblar. /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!