Rusiyalı diplomat Azərbaycan XİN-ə çağırıldı

saytların hazırlanması

Evə çatdırılma

Rusiyalı diplomat Azərbaycan XİN-ə çağırıldı

Siyasət

28 İyun 2025 13:55 371


İyunun 28-də Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokovıx Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlarla əlaqədar Xarici İşlər Nazirliyinə çağırılıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə XİN-in məlumatında bildirilib.

Qeyd edilib ki, Rusiya tərəfinə 27 iyun 2025-ci il tarixində həmvətənlərimizin yaşadığı mənzillərdə Rusiyanın təhlükəsizlik qüvvələri tərəfindən iki azərbaycanlının qəddarlıqla qətlə yetirildiyi, bir neçə nəfərin ağır bədən xəsarətləri aldığı, doqquz nəfərin həbs edildiyi reydləri ilə bağlı kəskin etiraz bildirilib. pizza mizza

"Məsələnin araşdırılması, zorakılıq törödən bütün şəxslərin tezliklə cinayət məsuliyyətinə cəlb olunması barədə gözləntimiz qarşı tərəfin diqqətinə çatdırılıb", - məlumatda vurğulanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!