Rusiyalı diplomat casus qalmaqalına görə Norveçdən çıxarılır

saytların hazırlanması

Evə çatdırılma

Rusiyalı diplomat casus qalmaqalına görə Norveçdən çıxarılır

Dünya

20 Avqust 2020 00:20 797


Norveç Xarici İşlər Nazirliyi rusiyalı diplomatın ölkədən çıxarılmasına qərar verib.

NRK bu barədə Nazirliyin nümayəndəsinə istinadla xəbər yayır.

Bunun son “casus qalmaqalı” ilə əlaqəli olduğu aydınlaşdırılır. Marqarita pizza

Nazirlikdən bildirilib ki, adı açıqlanmayan rusiyalı səfirliyin ticarət şöbəsində işləyib və “diplomatik statusa uyğun olmayan” hərəkətlər edib.

Daha əvvəl dövlət sirrlərini ötürməkdə şübhəli bilinən 50 yaşlı norveçli şəxsin tutulması barədə xəbər yayılmışdı: guya o, “Rusiya kəşfiyyat zabiti” ilə görüşüb və ona “Norveçin əsas maraqlarına zərər verə biləcəyi” barədə məlumat verib.

Təqsirləndirilən şəxsi 15 ilə qədər həbs cəzası gözləyir.  /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!