Rusiyalı həkimlər Qarabağda erməniləri müalicə edirlər

saytların hazırlanması

Evə çatdırılma

Rusiyalı həkimlər Qarabağda erməniləri müalicə edirlər

Rəsmi

23 Aprel 2021 19:02 739


Rusiya sülhməramlı kontingentinin tibbi heyəti Qarabağ bölgəsinin 1300-dən çox erməni sakininə yardım göstərib.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.

Qeyd olunur yerli sakinlərin rus hərbi həkimləri tərəfindən qəbulu Xankəndi və Ağdərə şəhərlərində qurulmuş səhra hospitallarında aparılır. Dördpendirli pizza

Cümə günü yayılan rəsmi açıqlamaya asasən, humanitar və tibbi fəaliyyət çərçivəsində kliniki yardım "çoxfunksiyalı mobil həkim briqadaları" vasitəsilə ucqar yaşayış məntəqələrinin sakinlərinə də göstərilir.

Rusiya kontingentinin tibb hissəsində cərrah, anestezioloq, reanimatoloq, terapevt, epidemioloq və digər mütəxəssislər olmaqla 60-dan çox həkimin işlədiyi bildirilir./Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!