Rusiyalı həmsədr işçi qrupun yaradılmasına münasibət bildirib

saytların hazırlanması

Evə çatdırılma

Rusiyalı həmsədr işçi qrupun yaradılmasına münasibət bildirib

Dünya

11 Noyabr 2020 07:23 1139


ATƏT-in Minsk Qrupunun əvəzinə hansısa ikitərəfli formatların yaradılması barədə Rusiya Xarici İşlər Nazirliyinə heç nə məlum deyil.

Yenisabah.az xəbər verir ki, bunu ATƏT-in Minsk Qrupunun Rusiyadan olan həmsədri İqor Popov bildirib.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Minsk Qrupu ilə paralel fəaliyyət göstərəcək işçi qrupun yaradılmasına münasibət bildirən rusiyalı həmsədr prezidentlərin danışıqlarının məzmunu barədə birbaşa iştirakçılardan soruşmağın daha yaxşı olduğunu söyləyib: "Azərbaycan, Ermənistan və Rusiya liderlərinin bu il 9 noyabr tarixli bəyanatında qeyd olunan razılaşmaların əsasını təşkil edən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün əsas prinsiplərin inkişafına mühüm töhfə verən ATƏT-in Minsk Qrupu həmsədrlərinin bitərəf rolundan çıxış etməyə davam edirik. Əldə edilmiş razılaşmaların Dağlıq Qarabağ ətrafındakı böhranın ədalətli əsasda və erməni və Azərbaycan xalqlarının maraqlarına uyğun olaraq uzunmüddətli və tam formatlı nizamlanma üçün lazımi şəraiti yaradacağı qənaətindəyik". (APA) Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!