“Caliber” layihəsinin “Youtube” kanalı rusiyalı hərbi ekspert Aleksey Xlopotovun İkinci Qarabağ Müharibəsinin xüsusiyyətləri barədə fikirlərini təqdim edib.
Yenisabah.az-ın məlumatına görə, ekspert deyib ki, bu müharibə pilotlu təyyarələrin rolu praktik olaraq sıfıra endirilməsi ilə seçilib. Onun sözlərinə görə, bu da çox sayda müxtəlif hava hücumundan müdafiə sisteminin olması ilə əlaqədardır.
Xlopotov qeyd edib ki, müharibənin sonunda gücdən düşmüş Ermənistan tərəfi Su-25 hücum təyyarələrindən istifadə etməyə çalışdı, ancaq onlar dərhal aşkarlanaraq məhv edildilər. Toyuqlu pizza
Ekspert Azərbaycan Silahlı Qüvvələrinin düşmənin hava hücumundan müdafiə sistemlərinin yerlərini aşkar etmək və onları məhv etmək üçün köhnəlmiş AN-2 təyyarə modellərinin pilotsuz aparatlar kimi istifadəsilə bağlı yeni taktiki texnikasına xüsusi diqqət çəkib.
Xlopotovun sözlərinə görə, bu cür müharibə metodları əvvəllər istifadə edilməyib.
Telegram kanalımız