Rusiyalı jurnalistlər sənaye casusluğu ediblər?

saytların hazırlanması

Evə çatdırılma

Rusiyalı jurnalistlər sənaye casusluğu ediblər?

Hadisə

06 Dekabr 2020 13:56 1127


“Bayraqdar”ın İstanbuldakı istehsal müəssisəsinin yaxınlığında 2 rus jurnalistin çəkiliş apararkən saxlanılması ağıllara sənaye casusluğu ehtimalını gətirib.

Yenisabah.az xəbər verir ki, bu barədə “A Haber” məlumat yayıb.

Bildirilir ki, məsələ ilə bağlı Rusiya Xarici İşlər Nazirliyinin açıqlaması ürəkaçan olmayıb: pizza hut

“Nazirlik Türkiyəyə gələn jurnalistlərin işləmək üçün icazə arayışlarının olmamasına aydınlıq gətirməyib. Sadəcə olaraq Türkiyədən əməkdaşlıq və kömək gözlədiklərini açıqlayıblar. “Rusiyanın Türkiyədəki Səfirliyi ilə İstanbuldakı Baş konsulluğu birgə olaraq Türkiyə hökuməti ilə təmasa keçib” açıqlaması ilə kifayətləniblər”.

Qeyd edək ki, 4 dekabrda Rusiyanın NTV telekanalının jurnalistləri Aleksey Petruşko və İvan Malışkin İstanbul yaxınlığında polis tərəfindən saxlanılıb. (Axar.az)

Jurnalistlər İstanbulda rayonlardan birində “Baykar Savunma” döyüş PUA-larını videolentə alırmış.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!