Rusiyalı milyarder ermənilərin azərbaycanlılara vurduğu zərəri ödəmək istəyir

saytların hazırlanması

Evə çatdırılma

Rusiyalı milyarder ermənilərin azərbaycanlılara vurduğu zərəri ödəmək istəyir

Siyasət

26 İyul 2020 19:48 1782


RESO sığorta şirkətləri qrupunun şəriki Sergey Sarkisov Moskvadakı qarışıqlıqların gedişatında ermənilər tərəfindən azərbaycanlı biznesmenlərə vurulmuş zərəri ödəməyə hazır olduğunu bildirib.

Yenisabah.az xəbər verir ki, bu barədə RBK nəşri məlumat yayıb.

"Bizim ailəmiz azərbaycanlı biznesmenlərin mülkiyyətinə ermənilər tərəfindən ağılsızlıqla və ya yanlış fikirə görə vurulmuş zərərin əvəzini vermək öhdəliyini üzərinə götürür. Kim unudubsa xatırladıram - kişi odur ki, onu və ya ailəsini təhqir edənin gözlərinə baxmaqla onlara qarşılıq verir. O şəxsdir ki, öz vətənini qonaq olduğu yerdə yox, öz əcdadlarının torpağında müdafiə edir. Əminəm ki, azərbaycanlı biznesmenlər bizimlə razıdır və belə də davranardılar", - deyə onun müraciətinin mətnində bildirilir. Marqarita pizza

Bundan başqa, Sarkisov erməni və Azərbaycan diasporlarının nümayəndələrini Moskvada qarşıdurmaları qurtarmağa, həmçinin onları təhrik edənləri dayandırmağa çağırıb. /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!