Rusiyalı müdafiəçi ömürlük futboldan uzaqlaşdırıldı

saytların hazırlanması

Evə çatdırılma

Rusiyalı müdafiəçi ömürlük futboldan uzaqlaşdırıldı

İdman

16 Noyabr 2020 18:20 1186


Rusiyalı müdafiəçi Dmitri Aydov ömürlük futboldan kənarlaşdırılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə qərarı FİFA verib.

38 yaşlı futbolçu dünyanın heç bir ölkəsində futbol fəaliyyəti ilə məşğul ola bilməz. Onun FİFA və quruma üzv federasiyalar tərəfindən təşkil olunan bütün yarış və tədbirlərə girişinə qadağa qoyulub. Marqarita pizza

Buna səbəb Aydovun danışılmış oyunlarda iştirakı ilə bağlı araşdırmaların nəticəsidir. Onun çıxış etdiyi Belarusun “Qomel” klubunun iştirakı ilə iki belə hadisə aşkarlanıb. Hər iki oyunun verilməsində Dmitri təkbaşına iştirak edib.

O, 2018-ci il iyunun 13-də BATE ilə qarşılaşmaya (0:3) görə sabiq futbolçu Viktor Borovitskidən 12, on altı gün sonra Brest “Dinamo”suna yenilgi üçün (0:6) 10 min dollar alıb.

Qeyd edək ki, Aydov 2017-18-ci illərdə “Qomel”də oynayıb. Bunadək futbolçu Tula “Arsenal”ı, “Anji”, “Torpedo”, “Volqa” və “Nijni Novqorod”da çıxış edib. Hazırda isə Dmitri Nijni Novqorod “Lokomotiv”ini təmsil edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!