Rusiyalı müğənni bakılı ərindən boşanır

saytların hazırlanması

Evə çatdırılma

Rusiyalı müğənni bakılı ərindən boşanır

Şou

06 İyun 2024 15:24 613


Ötən ayın sonunda tatar əsilli rusiyalı müğənni Alsunun milyonçu əri Yan Abramovdan boşanmaq üçün ərizə verib. Cütlüyün 18 illik evliliklərinə son qoymasının səbəbi kimi müğənninin iş adamı tərəfindən aldadılması bildirilib.

Yenisabah.az bizim.media-ya istinadla xəbər verir ki, bu gün Moskvanın Presnenski Məhkəməsidə boşanan tərəflərin nümayəndələri arasında ilk söhbət baş tutacaq.

Cütlüyün əhatəsində olan insanlar "StarHit" nəşrinə bildiriblər: "Onlar altı aydan çoxdur ki, bir yerdə yaşamırlar. Yan uzun zamandır ki, ailəsi ilə birgə yaşadığı evə ara-sıra baş çəkir. Alsu isə bu vəziyyətlə tamamilə razılaşmayıb. Daimi qalmaqallar heç nəyi dəyişmədi, ona görə də o, bu münasibətə son qoymaq fikrinə düşdü. Ona görə müğənni, dalana dirənən münasibətləri bitirmək qərarına gəldi". Marqarita pizza

Qanuna əsasən, ər-arvada barışmaq üçün iki həftəyə yaxın zaman veriləcək, sonra isə yekun iclas keçiriləcək. Bunun nəticəsində nikah ya pozulacaq, ya da qalacaq. Lakin bəllidir ki, boşanma prosesi bununla bitməyəcək, çünki cütlük aralarında mülkü bölmək niyyətindədir. Mülklərin isə sayı bitməz.

Qeyd edək ki, Alsu və Y. Abramov 2006-cı ilin martın 18-də ailə qurub. Cütlüyün bu evlilikdən Safina, Mikella və Rafael adlı üç övladı var.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!