Rusiyalı ordu generalı Qarabağa gəldi

saytların hazırlanması

Evə çatdırılma

Rusiyalı ordu generalı Qarabağa gəldi

Hadisə

31 Mart 2021 11:17 1229


Rusiya müdafiə nazirinin müavini, ordu generalı Dmitri Bulqakov Qarabağa səfər edib.

Yenisabah.az-ın məlumatına görə, D. Bulqakov Xankəndidə Rusiya sülhməramlıları üçün inşa edilmiş 250 yerlik blok-modul şəhərciyinin açılışında iştirak edib.

D. Bulqakov bildirib ki, Rusiya sülhməramlı kontingenti üçün mobil şəhərciklər aprelin 5-dən gec olmayaraq istismara veriləcək: “Bu günə 25 belə şəhərcik qurulub. Hazırda şəhərciklərin istismara verilməsi üçün son tamamlama işləri aparılır. Aprelin 5-dən gec olmayaraq bütün modul şəhərciklər istismara veriləcək”. Toyuqlu pizza

O, aprelin sonuna qədər sülhməramlılar üçün mobil hospital açılacağını da qeyd edib. (APA) 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!