Rusiyalı politoloq: “Moskvanın təklif etdiyi 3+3 formatı...“

saytların hazırlanması

Evə çatdırılma

Rusiyalı politoloq: “Moskvanın təklif etdiyi 3+3 formatı...“

Rəsmi

08 Oktyabr 2021 14:47 1215


"İran və Rusiya Cənubi Qafqaz bölgəsindəki problemləri danışıqlar yolu ilə və siyasi gərginlik yaratmadan həll etmək istəyir".

Yenisabah.az xəbər verir ki, bunu IRNA -ya müsahibəsində Rusiya Duması spikerinin keçmiş müavini Sergey Baburin bildirib.

O, İran XİN rəhbəri Hüseyn Əmir Abdullahianın Moskvaya son səfərinin həm regional, həm də beynəlxalq səviyyədə İran-Rusiya əməkdaşlığına müsbət təsir edəcəyi fkrindədir. Sezar pizza

Sergey Baburinin sözlərinə görə, İran və Rusiya Cənubi Qafqaz bölgəsindəki problemləri danışıqlar yolu ilə və siyasi gərginlik yaratmadan həll etmək istəyirlər. "Çünki problem hətta hərbi toqquşmalara səbəb ola bilər və çox təhlükəlidir".

Rusiya kimi, İran da Ermənistan və Azərbaycan Respublikası ilə yaxşı münasibətlərə malikdir və iki ölkə arasında müharibə və qan tökmək istəyi hazırda yoxdur. Moskva keçən il Dağlıq Qarabağdakı silahlı qarşıdurmanın dayandırılması üçün geniş səylər göstərib. Rusiya, Ermənistan və Azərbaycan Respublikası liderlərinin 2020-ci ilin noyabrında imzaladığı birgə bəyanatla bölgədəki müharibə dayandırılıb.

Fikrimcə, İran sülh ölkəsi və qədim sivilizasiya ölkəsidir və heç vaxt qonşuluğunda müharibə və qan tökülməsini istəmir. İran rəsmiləri qonşu ölkələrin problemlərini sülh və dostluq yolu ilə həll etməyə çalışırlar. 

3+3 formatında dialoq da daxil olmaqla, Cənubi Qafqaz məsələsinin həlli ilə bağlı Rusiyanın təşəbbüsünü yaxşı bir həll sayıram. Bu həll yolu İran, Rusiya, Türkiyə, Ermənistan, Gürcüstan və Azərbaycan Respublikası arasındakı dialoqu əhatə edir. Onun həyata keçirilməsi yaxşı nəticələr və bar gətirə bilər", - deyə Sergey Baburin qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!