Rusiyalı sülhməramlılar Zəngəzur yolunu nəzarətə götürdü

saytların hazırlanması

Evə çatdırılma

Rusiyalı sülhməramlılar Zəngəzur yolunu nəzarətə götürdü

Rəsmi

08 Avqust 2022 12:31 2099


Meğri-Ağarak yolunu Rusiya sülhməramlıları qoruyur.

Yenisabah.az xəbər verir ki, bu barədə "Yerevan.Today" portalı məlumat yayıb.

Portalın məlumatına əsasən, rusiyalı sülhməramlılar bütün vətəndaşları saxlayır, yoxlama aparır və yalnız bundan sonra onları buraxırlar. pizza mizza

“Ermənistan hakimiyyəti bu barədə vətəndaşlara əvvəlcədən məlumat verməyib və hələ də heç bir izahat yoxdur.

Bu, artıq Sünik bölgəsində Kapan-Çakaten və Qoris-Kapan yollarındakı maneələrlə yanaşı, üçüncü maneədir. Fərq ondadır ki, ilk iki yola azərbaycanlılar nəzarət edir.

İş bununla da bitmir. Ermənistan hökuməti Noyemberyan şossesi yaxınlığında dolama yol çəkir, çünki məlumatlara görə, bu yol delimitasiya-demarkasiya adlı “anklavların təslim edilməsi” proqramı çərçivəsində azərbaycanlılara veriləcək”, - deyə portal yazır.

Xatırladaq ki, 10 noyabr üçtərəfli bəyanatına əsasən, Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirəcək nəqıliyyat dəhlizlərinə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) sərhəd qoşunları nəzarət etməli idi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!