Rusiyalı tanınmış iş adamı İrəvanda saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Rusiyalı tanınmış iş adamı İrəvanda saxlanıldı

Dünya

17 İyun 2025 19:55 411


Rusiyalı iş adamı və xeyriyyəçi Samvel Karapetyan İrəvanda saxlanılıb.

"Report"un "ArmLur.am"a istinadən verdiyi məlumata görə, hazırda Ermənistan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı bölmələri müvafiq tədbirlər həyata keçirir.

Deputat Artur Hovannisyan Ermənistan Milli Assambleyasında bildirib: “Samvel Karapetyan, biz sizin məsələ ilə məşğul olacağıq". pizza

Bu ifadədən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları Karapetyanın evinə daxil olaraq onu saxlayıblar. Qeyd olunur ki, hazırda iş adamının Ulnetsi küçəsində yerləşən mənzilində axtarış aparılır.

Qeyd edək ki, buna səbəb Samvel Karapetyanın kilsənin müdafiəsi barədə səsləndirdiyi fikirlər olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!