Rusiyanı ittiham edən iranlı diplomata cinayət işi açıldı

saytların hazırlanması

Evə çatdırılma

Rusiyanı ittiham edən iranlı diplomata cinayət işi açıldı

Dünya

27 Avqust 2025 18:27 296


Tehran Şəhər Prokurorluğu İranın Məsləhət Şurasının üzvü Məhəmməd Sədrə qarşı cinayət işi açıb.

Yenisabah.az xəbər verir ki, bu barədə "Azad İran" məlumat yayıb.

Məlumata əsasən, sabiq diplomat internet üzərindən yayımlanan verilişlərin birində Rusiya ilə bağlı iddialar səsləndirib. O, Rusiya Federasiyasının İranın müdafiə mərkəzləri barədə məlumatları İsrailə ötürdüyünü iddia edib. Bu açıqlama hüquqi araşdırmaya səbəb olub. Sezar pizza

Hazırda Tehran Şəhər Prokurorluğu tərəfindən Məhəmməd Sədrə qarşı hüquqi prosedurlar başlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!