Rusiyanın 324 vətəndaşı İrandan Azərbaycan vasitəsilə təxliyə edildi

saytların hazırlanması

Evə çatdırılma

Rusiyanın 324 vətəndaşı İrandan Azərbaycan vasitəsilə təxliyə edildi

Siyasət

16 İyun 2025 23:46 300


Rusiyanın insan haqları üzrə müvəkkili Tatyana Moskalkova Yaxın Şərqdə vəziyyətin gərginləşməsindən sonra Rusiya və xarici vətəndaşların İrandan təxliyəsi barədə məlumat yayıb.

Yenisabah.az xəbər verir ki, o, bu barədə teleqram kanalında yazıb.

"Diplomatlarımızın operativ fəaliyyəti sayəsində iyunun 14-də “Astara” sərhəd-keçid məntəqəsi vasitəsilə aralarında uşaqlar, digər dost dövlətlərin vətəndaşları da daxil olmaqla 86 nəfərdən ibarət ilk qrup təxliyə edilib. İyunun 15-də diplomatların və mədəniyyət xadimlərinin ailələri də daxil olmaqla 238 rusiyalı üçün təhlükəsiz sərhəd keçidi təşkil edilib", - T.Moskalkova bildirib. Dominos pizza

Ombudsman humanitar münasibətə və evakuasiyanın təşkilində hərtərəfli köməyə görə Azərbaycan hakimiyyətinə xüsusi təşəkkürünü bildirib.

"Mənim Aparatım (Ombudsman Aparatı-red) vəziyyəti izləməyə davam edir və vətəndaşların bütün müraciətlərinə operativ cavab verməyə hazırdır. Regiondakı bütün rusiyalıları maksimum ehtiyatlı olmağa və hər hansı çətinlik yaranarsa, dərhal Rusiya diplomatik missiyaları ilə əlaqə saxlamağa çağırıram", - T.Moskalkova vurğulayıb.

O, Rusiya Xarici İşlər Nazirliyinin İsrail və İrana səfərlərdən çəkinmək, təhlükəli əraziləri dərhal tərk etmək tövsiyələrinin vacibliyini vurğulayıb./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!