Rusiyanın Azərbaycandakı səfirliyində biometrik pasportların verilişi dayandı

saytların hazırlanması

Evə çatdırılma

Rusiyanın Azərbaycandakı səfirliyində biometrik pasportların verilişi dayandı

Maraqlı

26 Avqust 2022 22:35 1100


Rusiyanın Azərbaycan daxil olmaqla bir neçə səfirliyində biometrik pasportların verilməsi dayandırılıb.

Rusiyanın Azərbaycan, Almaniya, Latviya, Türkiyə, İsveç, Estoniyadakı səfirlikləri texniki səbəblərə görə elektron yaddaş daşıyıcısı olan və etibarlılıq müddəti on il olan biometrik xarici pasportların verilməsini dayandırıb.

APA-nın Moskva müxbirinin məlumatına görə, Almaniyada biometrik pasportlar avqustun 29-dan, qeyd olunan digər ölkələrdə isə 26-dan verilməyəcək. Sezar pizza

Pasportların verilməsinin dayandırılma müddəti qeyri-müəyyəndir.

Rusiyanın Türkiyədəki səfirliyindən bildirilib ki, pasportların elektron yaddaş daşıyıcısı ilə hazırlanması məsələsi həll olunana qədər verilməsi dayandırılıb.

Artıq qəbula yazılan vətəndaşlar 5 il müddətində etibarlılıq müddəti olan pasport üçün müraciət edə, ya da qəbulu ləğv edə və ya başqa vaxta keçirə biləcəklər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!