Rusiyanın beşqat Olimpiya çempionu ölkəni tərk etdi

saytların hazırlanması

Evə çatdırılma

Rusiyanın beşqat Olimpiya çempionu ölkəni tərk etdi

İdman

27 Sentyabr 2022 11:29 1045


Rusiyanın sinxron üzgüçülük üzrə 5 qat olimpiya çempionu Anastasiya Davidova ölkəni tərk edib.

Yenisabah.az "Match TV"yə istinadən xəbər verir ki, 39 yaşlı sabiq idmançı vətəninə qayıtmaq barədə düşünmür.

Sinxron üzgüçülük üzrə Rusiya millisinin baş məşqçisi Tatyana Pokrovskaya məsələdən xəbərdar olduğunu bildirib: "Bu, mənim üçün sürprizdir. Bu barədə şərh verə bilmərəm". Pepperoni pizza

Anastasiya Davidova 2004 və 2008-ci ildəki Yay Olimpiya Oyunlarında iki, 2012-ci ildəki olimpiadada isə bir qızıl medal qazanıb. O, həm də 13 qat dünya və 7 qat Avropa çempionudur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!