Rusiyanın bir sıra şəhərlərindən Azərbaycana aviareyslər dayandırıldı

saytların hazırlanması

Evə çatdırılma

Rusiyanın bir sıra şəhərlərindən Azərbaycana aviareyslər dayandırıldı

Hadisə

25 Mart 2021 14:32 1311


Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) Rusiyanın 5 şəhərindən Azərbaycana aviareyslərin həyata keçirilməsi üçün verilən icazələri geri çağırıb.

Yenisabah.az xəbər verir ki, bu barədə “Rosaviasiya” məlumat yayıb.

Bildirilib ki, martın 23-də qurumun iclası keçirilib. İclasın nəticəsində aviareyslərin həyata keçirilməsi üçün verilən bir sıra icazələrlə bağlı qərar qəbul edilib. pizza

“İjavia” aviaşirkətinə məxsus Həştərxan-Bakı, Volqoqrad-Bakı, Ulyanovsk-Bakı, Rostov-na-Donu-Bakı aviareysləri üçün verilmiş icazələri aviaşirkətin ərizəsi əsasında geri çağırılıb. Bu cür qərar "Red Wings" aviaşirkətinin Krasnoyarsk-Bakı aviareysinə də tətbiq edilib.

Agentlik "Red Wings" aviaşirkətin müraciəti əsasında da oxşar qərar çıxarıb.  /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!