Rusiyanın bombardmançı təyyarələri Qara dənizin üzərində

saytların hazırlanması

Evə çatdırılma

Rusiyanın bombardmançı təyyarələri Qara dənizin üzərində

Dünya

16 Dekabr 2025 18:52 1164


Rusiya Hava-Kosmik Qüvvələrinin Tu-22M3 bombardmançı təyyarələri Qara dənizin neytral suları üzərində planlaşdırılmış uçuş həyata keçirib.

"Yeni Sabah" APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qırıcı təyyarələrin müşayiəti Rusiya hava kosmik Qüvvələrinin Su-35S və Su-27 təyyarələrinin heyətləri tərəfindən təmin edilib. pizza sifarişi

Uçuş müddətinin 5 saatdan çox olduğu bildirilib.

Qeyd olunub ki, Rusiya hərbi aviasiyasının uzaqmənzilli heyətləri müntəzəm olaraq Arktika, Şimali Atlantika, Sakit Okean, Baltik və Qara dənizlərin neytral suları üzərində uçur və bu uçuşlar beynəlxalq hava məkanı qaydalarına ciddi şəkildə uyğun olaraq həyata keçirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!