Rusiyanın bu şəhərindən Bakıya reys açılır

saytların hazırlanması

Evə çatdırılma

Rusiyanın bu şəhərindən Bakıya reys açılır

Sosial

06 Sentyabr 2019 13:42 1034


Rusiyanın “NordStar” aviaşirkəti Norilsk-Ufa-Bakı marşrutu ilə və əks istiqamətdə reyslərə bilet satışlarına başlayıb.

"Yeni Sabah"ın məlumatına görə, bu reyslər payız-qış mövsümündə, 2019-cu il oktyabrın 27-dən 2020-ci il martın 28-dək həyata keçiriləcək.

Norilskdən Ufaya uçuş hər həftənin cümə günləri yerli vaxtla saat 11:30-da, Ufadan Bakıya uçuş həmin gün saat 15:30 yerinə yetiriləcək. Pepperoni pizza

Bakıdan Ufaya uçuş da hər həftənin cümə günü saat 19:00-da, Ufadan Norilskə uçuş cümədən şənbəyə keçən gecə 01:10-da yerinə yetiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!