Rusiyanın Çelyabinsk vilayətində güclü partlayış baş verdi

saytların hazırlanması

Evə çatdırılma

Rusiyanın Çelyabinsk vilayətində güclü partlayış baş verdi

Dünya

22 Oktyabr 2025 23:48 187


Rusiyanın Çelyabinsk vilayətində, Kopeysk şəhərindəki müəssisələrdən birində güclü partlayış olub.

Yenisabah.az xəbər verir ki, hadisə barədə vilayətin qubernatoru Aleksey Teksler məlumat verib.

Onun sözlərinə görə, partlayış nəticəsində bir neçə nəfər xəsarət alıb. Toyuqlu pizza

Partlayışın dalğasından bəzi yaşayış binalarının pəncərələri sınıb. Hadisə yerinə operativ xidmətlər cəlb edilib, fövqəladə qərargah yaradılıb. Qubernatorun sözlərinə görə, yerli sakinlər və mülki infrastruktur üçün təhlükə yoxdur.

Hazırda xəsarət alanlara tibbi yardım göstərilir, partlayışın səbəbləri araşdırılır./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!