Rusiyanın Cənubi Qafqazla bağlı şok planı –   “Azərbaycan Ermənistanı  dəstəkləməlidir!”

saytların hazırlanması

Evə çatdırılma

Rusiyanın Cənubi Qafqazla bağlı şok planı – “Azərbaycan Ermənistanı dəstəkləməlidir!”

Siyasət

02 İyun 2025 12:40 461


“Azərbaycan Ermənistanı bu məsələdə dəstəkləməlidir”.

Yenisabah.az xəbər verir ki, bu sözləri siyasi ekspert Elçin Alıoğlu deyib. O, fikirlərinə belə davam edib:

“Putin istəsə də, istəsə də, istəməsə də Paşinyanı qəbul etmək məcburiyyətindədir. Bu qəbul 2 ay ərzində olacaq, çünki Paşinyan və Putin arasında danışıqlara ehtiyac var. Ermənistanın Qərbə meyillənməsinə Rusiyanın qarşı çıxması absurddur. Ermənistan Rusiyanın quberniyası deyil. Ermənistan müstəqil siyasət yürütmək hüququna malik bir ölkədir. Bizim Ermənistana olan münasibətimizdən asılı olmayaraq, Ermənistan bir dövlətdir. İstər Qərblə münasibətlərini aktivləşdirər, istərsə də Şərqlə olan treklərini gücləndirər. Rusiyanın buna qıcıqla yanaşması imperiya, şovinist ağrılarının təzahürüdür və bu yol verilməzdir. Bu baxımdan biz istəsək də, istəməsək də bu işdə Ermənistanı dəstəkləməliyik”. pizza

Ekspert bildirib ki, Rusiyanın Cənubi Qafqaz regionunda olan istəkləri də əfsuslar olsun ki, dəyişməyib:

“Rusiya Ukraynadakı savaşı bitirəndən sonra bütün diqqətləri Moldova, Mərkəzi Asiya və Cənubi Qafqaza yönəltmək niyyətindədir.

Putin və Paşinyan arasındakı münasibətlərə gəldikdə isə Putin Paşinyanı çox qeyri-ciddi adam kimi qəbul edir və haqlıdır. Paşinyanın siyasəti çox qəribə, maraqlı və tragikomikdir”.

Aytac Əliyeva 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!