“Rusiyanın Dağlıq Qarabağ məsələsində neytrallığını anlayırıq” - Paşinyandan acı etiraf

saytların hazırlanması

Evə çatdırılma

“Rusiyanın Dağlıq Qarabağ məsələsində neytrallığını anlayırıq” - Paşinyandan acı etiraf

Siyasət

01 Noyabr 2020 23:16 7458


“Yerevan ATƏT-in Minsk Qrupunun həmsədri kimi Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində neytral mövqeyinə anlayışla yanaşır”.

Yenisabah.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan “Əl-Cəzirə” telekanalına müsahibəsi zamanı bildirib.

“Rusiya ATƏT-in Minsk Qrupunun həmsədridir, vasitəçidir və bu statusuna görə öz neytrallığını qoruyub saxlamalıdır”, - deyə N.Paşinyan bildirib. Toyuqlu pizza

Ermənistan lideri sözügedən çıxışı ilə əslində Rusiyadan gözlədiyi dəstəyi ala bilmədiyini etiraf edib. Nikol Paşinyanın bu acı etirafının təməlində isə Azərbaycanın uğurlu xarici siyasət xətti və Qarabağla bağlı həqiqətlərin dünyaya çatdırılması sahəsində qazanılan uğurlar dayanır.

Ermənistanın Baş naziri bu gün Rusiyanın neytrallığını anlayışla qarşıladığını desə də, dünən kömək üçün Moskvanın qapısını döyürdü. Bu zaman haqlı bir sual yaranır: Əgər erməni lider Rusiyanın ATƏT-in Minsk Qrupunun həmsədri kimi neytral mövqe nümayiş etdirməsini anlayırdısa, o zaman Moskvaya hərbi yardım üçün müraciətin səbəbi nə idi?  /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!