Rusiyanın daha bir neft emalı zavodu fəaliyyətini dayandırdı

saytların hazırlanması

Evə çatdırılma

Rusiyanın daha bir neft emalı zavodu fəaliyyətini dayandırdı

Dünya

19 Noyabr 2025 00:36 507


Rusiyanın ən böyük şirkətlərindən biri olan “Rosneft”in Ryazan neft emalı zavodu noyabrın 15-də Ukraynanın PUA hücumundan sonra xam neft emalını dayandırıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə “Röyters” mənbələrə istinadən məlumat yayıb.

"Neft emalı zavodunun ayın sonuna qədər fəaliyyət göstərməyəcəyi gözlənilir. Dekabrın 1-dək neft məhsullarının yüklənməsi nəzərdə tutulmayıb", - nəşrin mənbələri bildirib. Marqarita pizza

Vurğulanıb ki, dron hücumu nəticəsində baş verən yanğın Ryazan neft emalı zavodunu illik gücü 8 milyon tondan çox və ya zavodun ümumi gücünün 48%-ni təşkil edən əsas xam neft emalı blokunu bağlamağa məcbur edib.

Qeyd edək ki, daha öncə PUA hücumu nəticəsində Saratovdakı neft emalı zavodu da fəaliyyətini dayandırıb./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!