“Rusiyanın Ermənistana pulsuz silah verərək onu dəstəkləməsindən…” – İlham Əliyev 

saytların hazırlanması

Evə çatdırılma

“Rusiyanın Ermənistana pulsuz silah verərək onu dəstəkləməsindən…” – İlham Əliyev 

Siyasət

10 Oktyabr 2020 08:20 4167


“Mən bununla razı deyiləm. Dediyim kimi, Türkiyə regionda və xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətdə sabitləşdirici rol oynayır”.

“Yeni Sabah” xəbər verir ki, bunu president İlham Əliyev “CNN International” televiziya kanalının “The Connect World” verilişində müsahibəsində deyib. Aparıcının “Bu uzunmüddətli münaqişənin 1990-cı illərdən bəri həll yolunu axtaran ATƏT-in Minsk qrupuna Fransa, Amerika Birləşmiş Ştatları və Rusiya həmsədrlik edirlər. Fransanın xarici işlər naziri xüsusi olaraq xəbərdarlıq etmişdir ki, Türkiyənin Azərbaycanın arxasında durması bu münaqişənin beynəlxalq münaqişəyə çevrilməsini risk altına atır. Siz deyirsiniz ki, Türkiyə sizə dəstək göstərir, lakin bu dəstəyin münaqişənin daha da pisləşməsinə gətirib çıxaracağını deyən fransızlara sözünüz nədir?” sualına cavab olaraq prezident fikirlərini belə davam edib:

“Hər bir ölkənin tərəfdaşı və ya müttəfiqi ola bilər. Azərbaycan və Azərbaycan xalqı Türkiyə kimi tərəfdaşa, müttəfiqə və qardaş ölkəyə malik olmaqdan çox xoşbəxtdir. Biz Ermənistanın Fransanı özünə müttəfiq hesab etməsinə etiraz bildirmirik və Fransa hazırda Ermənistana ən çox dəstək göstərən ölkədir.  Pepperoni pizza

Eyni zamanda, biz görürük ki, müttəfiqlərin seçilməsi ölkələrin özündən asılıdır. Məsələn, Fransanın xarici işləri naziri Rusiyanın Ermənistana pulsuz silah verərək onu dəstəkləməsindən narahat deyil və o, bunun münaqişəni beynəlxalq bir münaqişəyə çevirəcəyini düşünmür. Lakin Türkiyə legitim, siyasi dəstəyini ifadə etdikdə bu, narahatçılıq yaradır. Səmimi desəm, bir NATO ölkəsinin digər NATO ölkəsinə qarşı belə hərəkət etməsini başa düşə bilmirəm. NATO-ya üzv ölkələr müttəfiq olmalıdırlar, lakin biz bunu görmürük”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!